AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb - SƏBƏB

  • + A
  • - A
  • 26-01-2023, 22:23

    Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb - SƏBƏB

    Azadmedia.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını biıdirib.
    Hərəsi 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə 902 min manatdan çox borc gəlib.
    Onlar aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.

    Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc özü də dələduzların qurbanı olub.

    Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirib. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb sənəd imzalatdıranları.

    Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

    Daha ətraflı videomaterialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR