AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yuventus”a 120 dəqiqə və 3 qol bəs etmədi, səfər qolu “Portu”nu 1/4 finala çıxardı

  • + A
  • - A
  • 10-03-2021, 08:40

    Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

    İlk oyun gününün növbəti matçı Turində baş tutub.

    “Yuventus” “Portu”nu qəbul edib.

    İlk oyunda rəqibinə 1:2 hesabıyla uduzan “qoca sinyora” mərhələ adlamaq mütləq qələbə qazanmalı idi. Hərçənd turinlilər qələbə qazandılar, amma bu mərhələni keçmək üçün kifayət etməyib.

    Qarşılaşmada “Portu” hesabı açsa da, 90 dəqiqəni “Yuventus” öndə bitirib – 2:1.

    İlk oyunda da eyni hesab qeydə alındığından qarşılaşmanın qalibini müəyyən etmək üçün əlavə vaxta ehtiyac olub. Əlavə olunmuş 30 dəqiqədə tərəflər hərəyə bir dəfə yenə fərqləniblər. 120 dəqiqənin yekununda “Yuventus” 3:2 hesablı qələbə qazansa da, səfər qolunun üstünlüyü ilə “Portu” mərhələni keçən tərəf olub.

    Qeyd edək ki, günün digər oyununda öz meydanında “Sevilya” ilə 2:2 hesablı bərabərliyə razılaşan “Borussiya” səfərdə qazandığı qələbə (2:1) sayəsində 1/4 finala yüksəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR