AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Magnus Carlsen Invitational”dakı Azərbaycan derbisi sülhlə bitdi

  • + A
  • - A
  • 15-03-2021, 22:52


    Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsi davam edir.

    “Magnus Carlsen Invitational” adlanan yarışın 13-cü turunda Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gəliblər.

    Qarşılaşma 37-ci gedişdə heç-heçə başa çatıb.

    Bu görüşdə Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayıb.

    Qeyd edək ki, Məmmədyarov günün ilk oyununda rusiyalı Yan Nepomnyaşiyə uduzsa da, ikinci qarşılaşmada onun həmyerlisi Sergey Karyakinə qalib gəlib.

    Rəcəbov isə ilk partiyada ispaniyalı David Antonu məğlub edib. 34 yaşlı qrossmeyster növbəti görüşdə isə isveçli Nils Qrandeliusla sülh bağlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR