Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.
Azadmedia.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib.
Oyunda hesabı “Sumqayıt” açsa da, bakılılar əzmkar qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb - 2:1.
Qeyd edək ki, “Sumqayıt” bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gəldiyi üçün Konfrans Liqasında oynamaq hüququ qazanıb.