AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KL: "Qarabağ"ın legionerlərindən biri ikinci, digəri üçüncü oldu

  • + A
  • - A
  • 27-02-2022, 19:00

    KL: "Qarabağ"ın legionerlərindən biri ikinci, digəri üçüncü oldu

    "Qarabağ"ın müdafiəçisi Kevin Medina UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarında ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb.

    AzadMedia.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı kolumbiyalı oyunçunun Bakıda "Marsel"ə 0:3 hesabı ilə uduzduqları qarşılaşmada 73 ötürməsi dəqiq alınıb.

    Medina bu nominasiyada üçüncü olub. Müdafiəçi Şotlandiya "Seltik"ində çıxış edən Stiven Uelş (83) və onun komanda yoldaşı Karl Starfeltdən (97) geri qalıb.

    "Köhlən atlar"ın digər legioneri Abdullah Zubir cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. 31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə matçdakı cəhdlərinin 3-ü dəqiq alınıb. Birinci pillədə Çexiyanın "Slaviya" (Praqa) komandasından Srcan Plavşiç qərarlaşıb.

    (report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR