Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” klubu Xorvatiya 1-ci liqasında "Hayduk"la qarşılaşmadan öncə hücuma məruz qalıb.
Splitdəki derbiyə gələn komandanın avtobusuna yerli fanatlar yad əşyalar atıblar.
“Dinamo”nun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb. Oxşar hadisə komanda stadiona yaxınlaşanda da baş verib, lakin xəsarət alan olmayıb.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.