Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Avropa Kubokunda bürünc medal qazanıb.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 70 kq çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemayma Yeyts-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq, medalsız qalıb.
78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velandla (Niderland) bacarmayıb.
Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) üçüncü yeri tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.