AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha iki cüdoçumuz bürünc medal qazandı

  • + A
  • - A
  • 21-11-2020, 20:40


    Azərbaycanın 2 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə bürünc medal uğrunda görüşə çıxıblar.

    AzadMedia.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər.

    Hər iki cüdoçu rəqiblərinə qalib gələrək, bürünc medal qazanıblar.

    Yeganə qadın cüdoçu İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.

    Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR