İngiltərənin "Mançester Siti" klubunun və Almaniya millisinin futbolçusu İlkay Gündoğan karyerasını İspaniyada davam etdirə bilər.
AzadMedia.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı türk əsilli yarımmüdafiəçi ilə "Barselona" və "Real Madrid" maraqlanır.
Gündoğanın mövsümün sonunda "şəhərlilər"lə vidalaşacağı gözlənilir. Onun klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.
Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm Mançester təmsilçisində 42 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2016-cı ildən "Mançester Siti"nin formasını geyinir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.