AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” Bakıda “Lex”lə cavab oyununa çıxır

  • + A
  • - A
  • 12-07-2022, 10:40

    “Qarabağ” Bakıda “Lex”lə cavab oyununa çıxır


    Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ” cavab görüşünə çıxacaq.

    Azadmedia.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edəcək. Oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.

    Cütün qalibi ÇL-də mübarizəni ikinci təsnifat mərhələsinə adlamaqla davam etdirəcək. Rəqib İsveçrə çempionu “Sürix” olacaq. Cütün məğlubu isə avrokuboklarda mübarizəni başa vurmayacaq və Konfrans Liqasında yarışacaq. Burada “Qarabağ” və ya “Lex” KL-in 2-ci təsnifat mərhələsində oynayacaq. Rəqib isə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu olacaq. Bu komandaların Slovakiyadakı ilk oyunu heç-heçə yekunlaşıb - 0:0.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR