Azərbaycan ağırlıqqaldıranı Turan Əliyev Polşanın Raşın şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa çempionatında üç medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, yaşı 15-ə qədər olan atletlər arasında 61 kiloqramda çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kiloqramı ram edərək, ikinci yeri tutub. O, təkanla qaldırmada 120 kiloqramının öhdəsindən gəlib və bu hərəkətdə bürünc medal əldə edib.
Əliyev toplam 219 kiloqram (99 kiloqram +120 kiloqram) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medala sahib çıxıb.
Qeyd edək ki, avqustun 18-dək davam edəcək yarışda 36 ölkədən 331 (160 qız + 171 oğlan) atlet iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.