AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2 cüdoçumuz Avropa çempionu oldu

  • + A
  • - A
  • 16-09-2022, 19:51

    2 cüdoçumuz Avropa çempionu oldu

    16 sentyabr tarixində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının ikinci günündə cüdoçularımız 2 qızıl medala sahib olublar.

    -73 kq. çəkidə Vüsal Qələndərzadə final görüşündə İtaliya təmsilçisi Luiqi Sentrakçionu məğlub edərək Avropa çempionatının qızıl medalını qazanıb.

    -81 kq. çəkidə Elcan Hacıyev qızıl medal uğrunda görüşdə italiyalı rəqibinə 1 dəqiqə 25 saniyə ərzində "ippon"la qalib gələrək Avropa çempionu olub.

    Qeyd edək ki, çempionatın ilk günündə -60 kq. çəkidə mübarizə aparan cüdoçumuz Turan Bayramov gümüş medal qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR