AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

  • + A
  • - A
  • 19-10-2022, 20:13

    Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

    Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnir çərçivəsində triatlon (300 m üzmə, 10 km velosiped sürmə və 2 km qaçış), duatlon (10 km velosiped sürmə, 2 km qaçış) və uşaq qaçışı (1 km) yarışları keçiriləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçiriləcək.

    Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növlər üzrə master klaslar da təşkil olunacaq.

    Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərimizdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR