"Fənərbaxça Beko" formasını geyinən Nemanya Bjelica zədəsindən sonra bir müddət əvvəl məşqlərə başlayıb. Ancaq eyni nahiyədə yenidən ağrı hiss etdiyi açıqlanıb.
Azadmedia.az Türkiyə mətbuatına istinadən Fenerbahçe Beko Basketbol Klubu tərəfindən yayılan açıqlamanı təqdim edir:
“Ölkəsinin milli komandası ilə Avropa çempionatına hazırlaşarkən baldırından zədə alan və davam edən prosesdə relapsı nəticəsində millidən qovulan oyunçumuz Nemanya Bjelica müalicə prosesindən sonra bir müddət əvvəl məşqlərə başlayıb, lakin eyni nahiyədə ağrı hiss etdikdən sonra müayinələr nəticəsində reabilitasiya proqramına aparılıb.
İdmançımızın durumu 3-4 həftədən sonra yenidən qiymətləndiriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.