AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Basketbol Liqasında 8-ci tura start verildi

  • + A
  • - A
  • 30-11-2022, 21:37

    Azərbaycan Basketbol Liqasında 8-ci tura start verildi

    30 noyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında, Azərbaycan Basketbol Liqasında (ABL) iki qarşılaşma ilə 8 -ci tura start verildi. Turun açılış oyununda "NTD BK" və "Sərhədçi PİK" komandaları üz-üzə gəldilər. Son topa qədər davam edən gərgin oyundan yekunda "Sərhədçi PİK" komandası 92-93 hesablı qələbəyə sevindi. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londell Kinq - 35 xal, 13 ribaund ), "Sərhədçi PİK" ( Maykl Diqqins - 27 xal, 11 ribaund ). Günün ikinci oyununda paytaxt klubu "Neftçi İK", "AAAF Xırdalan BK" basketbolçuları ilə qarşılaşdı. Oyuna sürətli başlayan Xırdalanlılar sonda rəqibi üzərində 68-83 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Denis Cons - 20 xal, 4 ribaund ), "AAAF Xırdalan BK" ( Devin Pullum - 24 xal, 9 asist )

    Qeyd edək ki, turun növbəti oyunları ( "Zirvə Astara BK" - "Sabah BK", "Olimpik Şəki BK" - "Gəncə BK") 3 və 4 dekabr tarixlərində keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR