Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan Skautlar Assosiasiyasının 22 nəfər tərkibdə heyəti Türkiyəyə yola salınıb.
Azərbaycan skautları Türkiyə İzçilik Federasiyonunun tərkibində ayrıca dəstə kimi fəaliyyət göstərəcəklər. Nazirlikdən Azadmedia.az-a verilən məlumata görə onlar əsasən axtarış-xilasetmə işlərində, mülki əhaliyə yardımların paylanmasında, anbarların idarəolunmasında və digər fəaliyyətlərin təşkilində iştirak edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.