"Qarabağ"la keçiriləcək xeyriyyə matçı üçün Azərbaycana gələn "Qalatasaray" Bakıda böyük coşqu ilə qarşılanıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanına toplaşan yüzlərlə "Qalatasaray" fanatı İstanbul klubu üçün şüarlar da səsləndiriblər.
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Xeyriyyə matçından əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.