Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Türkiyənin daha bir idmançısı qələbəsini Azərbaycana həsr edib.
Çempionatda 64 kiloqram çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub.
Ermənistanda böyük uğura imza atan gənc atlet qələbəsini Azərbaycana həsr etdiyini bildirib. O, İrəvanı tərk etmiş Azərbaycan idmançılarını unutmadığını deyib: “Onlar pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq”.
Qeyd edək ki, bundan əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etmişdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.