27 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verib. Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimiz, iki yoxlama oyununda qüvvəsini sınaqdan keçirib. Millimiz ilk görüşündə "Göktürk Basketbol Akademisi" komandasına 60-55, ikinci oyunda isə "Atletik İstanbul" klubuna 81-65 hesabı ilə qalib gəlib. Millimizin sonuncu yoxlama oyunu Türkiyənin U-18 yığmasına qarşı olacaq. Qeyd edək ki, hazırlıq prosesi 4 iyul tarixinə qədər davam edəcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.