Bakıda keçirilən Dünya Kubokunun iştirakçısı, norveçli qrossmeyster, şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen dördüncü raundda tay-breykdə qalib gələrək azərbaycanlı azarkeşlərə avtoqraf verib.
Maqnus Karlsen tay-brekdə alman şahmatçısı Vinsent Kaymerə qalib gələrək Dünya Kubokunun beşinci mərhələsinə (kişilər arasında 1/8 final) vəsiqə qazanıb. Onun 1/8 finaldakı rəqibi Vasili İvançuk (Ukrayna) olacaq.
Maqnus Karlsen azərbaycanlı pərəstişkarları ilə də şəkil çəkdirib.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısına açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı daxil edilib. Şahmat üzrə Dünya Kuboku ikinci dəfədir Azərbaycanda keçirilir. İlk dəfə olaraq, 2024 Namizədlər Turniri və 2024 Namizədlər Turnirinin hər birində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Turnir avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon ABŞ dolları müəyyən edilib.
Azadmedia.az xatırladır ki, Bakıda, Marriott Bulvarında şahmat üzrə Dünya Kuboku keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.