AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Premyer Liqasında dördüncü tur başlayır - AFİŞA

  • + A
  • - A
  • 25-08-2023, 09:00

    Azərbaycan Premyer Liqasında dördüncü tur başlayır - AFİŞA


    Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

    Azadmedia.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

    Ev oyunlarını Bakıdakı “Dalğa Arena”da keçirən “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

    Qeyd edək ki, turun digər qarşılaşmaları 26-27 avqust tarixlərində keçiriləcək. “Turan Tovuz” “Səbail”i, “Zirə” “Sabah”ı, “Neftçi” “Qəbələ”ni, “Qarabağ” isə “Kəpəz”i qəbul edəcək.

    Azərbaycan Premyer Liqası

    IV tur

    25 avqust (cümə)

    20:00. “Araz-Naxçıvan” - “Sumqayıt”

    Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov

    VAR: Əliyar Ağayev

    AVAR: Vüqar Həsənli

    “Dalğa Arena”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR