İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.
İlk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək. Belə ki, Rebekka Uelç XI turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.