Xankəndində Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” klubları arasında yoldaşlıq oyunu keçirilə bilər.
Yerli mətbuat xəbər verir ki, titullu klublar onun keçirilməsi ilə bağlı razılığa gəliblər, lakin bu görüşün dəqiq nə vaxt keçiriləcəyi hələ məlum deyil.
Martın 26-da Bakıda keçirilən və İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan “Qarabağ” və “Qalatasaray” bu il artıq yoldaşlıq oyunu keçirib.
Matçdan əldə olunan gəlir Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım üçün istifadə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.