Azərbaycanın Şamaxı şəhərində türkdilli dövlətlərin nümayəndələrinin iştirak etdiyi badminton üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan bu yarışlarda iki qızıl medal qazanıb. Kişilərin turnirində həlledici oyunda türkiyəli rəqibinə qalib gələn Dvi Panqest Dikkiyə tayı-bərabəri olmayıb.
Qarışıq cütlüklərdə də bəxt azərbaycanlı Əmri Məhəmməd Xədafi və Era Məftuh duetinin xeyrinə olub. Finalda türk badmintonçularına qalib gəliblər.
Qalan kateqoriyaların qalibi Türkiyə idmançıları olub.
Şamaxıda keçirilən badminton turnirini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ziyarət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.