Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında keçirilən 90 oyunu izləyən azarkeş sayı müəyyənləşib.
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında keçirilən 90 oyunu ümumilikdə 133.733 azarkeş izləyib. Yəni, hər oyuna ortalama 1486 nəfər.
Oyunlarına ən çox azarkeş cəlb edən komanda açıq ara fərqlə Tovuzun Turan komandasıdır.
Azadmedia.az komandaların ev oyunlarına gələn azarkeş sayını təqdim edir:
1. “Turan Tovuz”– 38.900
2. “Neftçi” – 17.196
3. “Qarabağ” – 14.418
4. “Sabah” – 14.178
5. “Sumqayıt” – 11.836
6. “Kəpəz” – 9625
7. “Zirə” – 8480
8. “Səbail” – 8100
9. “Qəbələ” – 6180
10. “Araz-Naxçıvan” – 4820
Mənbə: Report
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.