AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mikayıl Cabbarov təkzib edir - "SOCAR SATILMAYACAQ"

  • + A
  • - A
  • 20-01-2021, 17:55




    "Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır".

    Virtualaz.org bildirir ki, bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə verdiyi müsahibədə deyib.

    Nazir bütün dövlət şirkətlərinin özəlləşdirilməyəcəyini söyləyib. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bu, indiyədək təklif olunmayan yeni aktivləri əhatə edəcək: "Biz müəyyən müddət ərzində "Özəlləşdirmə naminə özəlləşdirmə” aparmağı düzgün hesab etmirik. Ona görə də investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə səhmlərin dəyərini artırmaq və işləmək imkanı verilib".

    Nazirin sözlərinə görə, 21 iri dövlət şirkətinin iştirakı ilə yaradılmış yeni holdinqdə səmərəliliyin və korporativ idarəetmənin artırılması, həmçinin onları özəlləşdirməyə hazırlamaq planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR