İsveçrə Rusiyaya qarşı kömür, taxta və araq idxalını qadağan edən beşinci sanksiya paketini tətbiq edib.
İsveçrə, Avropa İttifaqından sonra Rusiyaya qarşı beşinci sanksiyalar paketini təqdim etdi, tədbirlərə digər şeylərlə yanaşı, Rusiyadan kömür, taxta, araq və dəniz məhsullarının idxalına qadağa da daxildir.
İsveçrə hökumətinin bəyanatına görə, aprelin 8-də Aİ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar və Belarusa qarşı müəyyən məhdudlaşdırıcı tədbirlər qəbul edib.
Məlumata görə, beşinci sanksiyalar paketinə ticarət, maliyyə və nəqliyyat üzrə məhdudiyyətlər daxildir. Bunlara “Rusiya üçün mühüm gəlir mənbəyi kimi xidmət edən (taxta, sement, dəniz məhsulları və araq kimi)” kömür və digər malların idxalına qoyulan qadağalar, eləcə də kerosin və kömək edə biləcək digər malların ixracına qadağa daxildir.
Tərcümə etdi:
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.