AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni dərci: «Qarabağ – tarixi-mədəni irsimizdən» adlı kitabın təqdimat mərasimi keçirilib

  • + A
  • - A
  • 21-02-2022, 17:56

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni dərci: «Qarabağ – tarixi-mədəni irsimizdən» adlı kitabın təqdimat mərasimi keçirilib

    21 fevral 2022-ci il tarixində «Qarabağ – tarixi-mədəni irsimizdən» adlı kitabın təqdimat mərasimi keçirilib.
    Tədbirdə “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri Read Qasımov, kitabın müəllifləri, tarix elmləri doktoru Vəfa Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva eləcə də professorlar Qafar Cəbiyev, Kərim Şükürov, dosentlər Pərvin Ahənçi, Hicran Mahmudova, Əsgər Əhməd çıxış edərək kitab haqqında öz təəssüratlarını bölüşüblər.
    Çıxışçılar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi hazırlanan və nəşr olunan bu kitabın mühüm əhəmiyyətindən danışdılar. Nəfis şəkildə dərc olunmuş kitabda ilk insan məskənlərindən biri olan Qarabağ bölgəsindən bəhs olunur və burada Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilib.
    Tarixi əsərdə İnsan həyatında önəmli faktor olan pulaqədərki mübadilə vasitələrinin növləri eynilə ərazidə yaşayan yerli tayfaların digər xalqlarla iqtisadi-mədəni münasibətlərinin inkişafı haqqında məlumat verilib.
    “İçərişəhər” DTMQİ Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə kitabda Qarabağın xristian və islam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilmişdir. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənmişdir. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınmışdır.
    Kitabda Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetisdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunmuşdur.
    «Qarabağ – tarixi-mədəni irsimizdən» adlı nəfis əsərdə həmçinin 44 günlük haqq savaşımızın təfərrüatları da əks olunub və bu əsər erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqının mədəni irsinə edilən soyqırıma qarşı bir cavabdır və mədəni irsin bərpası istiqamətində yardımçı vəsait ola bilər.
    [center]



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR