AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Opera və Balet Teatrında K.Qlyukun “Orfey və Evridika “ operasının premyerası keçiriləcəkdir

  • + A
  • - A
  • 22-04-2022, 08:03

    Opera və Balet Teatrında K.Qlyukun “Orfey və Evridika “ operasının premyerası keçiriləcəkdir

    Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XVIII əsrdə yaşamış alman bəstəkarı Kristof Villibald Qlyukun “Orfey və Evridika “ operasının tamaşası keçiriləcəkdir.
    "Orfey və Evridika" operasının premyerası 05.10.1762-ci ildə Vyanada baş tutmuşdur. Qlyuk tamaşanın libretto müəllifi Ranieri de Kalzabidji ilə birlikdə qədim yunan əfsanəsinin sujetini bir qədər dəyişərək talesiz sevgililərin qəmli məhəbbət hekayəsinə musiqinin dili ilə xüsusi bir rəng qatmışdır. Operanın hər bir ariyası gözəlliyi və tamlığı ilə maraqlıdır. Qlyukun musiqisi sayəsində tamaşaçılar bir daha əsl məhəbbət və sədaqətin təntənəsinin şahidi olurlar. Bəstəkar əfsanənin kədərli sonluğunu xoşbəxt bir sonla əvəz etmişdir. Musiqi əsəri dinləyiciyə bir daha sübut edir ki, həqiqi hisslərin qarşısında zaman, məsafə, hətta ölüm belə acizdir.
    "Orfey və Evridika" tamaşasının aprelin 23-də keçiriləcək premyerası Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi tərəfindən keçirilən “Barokko günləri“ (23 – 26 aprel) Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaqdır.
    Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, quruluşcu rejissor və baletmeyster, Azərbaycanın Xalq artisti "Humay", "Zirvə" və "Qızıl dərviş" mükafatları laureatı Kamilla Hüseynova, rejissor Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva quruluşcu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
    Tamaşada əsas partiyaları Azərbaycanın Əməkdar artistləri İlham Nəzərov (Orfey), İnarə Babayeva (Amur), Ukrayna Milli Operasının solisti Anastasiya Povajna (Evridika), həmçinin balet artistləri – Əməkdar artist Anar Mikayılov (Orfey) və Liana Praqa (Evridika) ifa edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR