AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramil Qasımovun Hersoq Mantuanski rolunda ilk debütu coşğulu alqışlar ilə qarşılandı

  • + A
  • - A
  • 24-05-2022, 21:32

    Ramil Qasımovun Hersoq Mantuanski rolunda ilk debütu coşğulu alqışlar ilə qarşılandı

    Mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasının tamaşası təqdim olunub.
    C.Verdi yaradıcılığının ən dəyərli nümunələrindən biri hesab olunan "Riqoletto" operasının librettosu fransız klassik Viktor Hüqonun "Kral əylənir" dramının süjeti əsasında qələmə alınıb.
    Tamaşada əsas partiyaları Belqrad Milli teatrının aparıcı solisti Matiç Draqutin (Riqoletto), Azərbaycanın Əməkdar artistləri Ramil Qasımov (Hersoq Mantuanski), İnarə Babayeva (Cilda) ifa ediblər. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Nina Makarova, Mələk İsrafilova və Rza Xosrovzadə iştirak ediblər. Xalq artisti, dirijor Fəxrəddin Kərimovun idarə etdiyi tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
    Ramil Qasımovun Hersoq Mantuanski rolunda həyəcanlı, məsuliyyətli və olduqca xoş keçən ilk debütu tamaşaçıların və xüsusən pərəstişkarlarının coşğulu alqışları ilə qarşılandı. Ramil Qasımov və hər bir ifaçının dəbdəbəli, valehedici və gözəl səhnə geyimləri tamaşaçılarda unudulmaz obrazlar təssüratı yaratdı. Zahirən cazibədar, aristokratik, nəzakətli və cazibədar Hersoq R.Qasımov israrla Cilda İnarə Babayevanın rəğbətini, inancını, onun sevgisini qazanmağa çalışırdı.
    Ümumiyyətlə, bu teatr mövsümündə Əməkdar artislər R.Qasımovla, İ.Babayevanın vokal tandemi olaraq heyrətamiz, diqqətəlayiq ifalarını xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Akademik Opera və Balet teatrının orkestrin müşaiyəti böyük dinləyici rəğbəti ilə qarşılandı.
    Sonu faciəli olan operanı tamaşaçılar böyük maraqla qarşıladılar, bütün hissələri həvəslə izlədilər və zaldakı ayaq üstə alqışlara görə əminliklə qeyd edə bilərik ki, ifaçıların çıxışlarından tam razı qaldılar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR