AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır

  • + A
  • - A
  • 3-08-2021, 11:34


    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyindən, nüfuzundan geniş bəhs edərək bildirib ki, gələcəyə hesablanmış siyasət yeni-yeni hədəflərə yol açır: “Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 30 ilin torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 30 ilə yaxın dövrdə dünyadan ədalət gözləyən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşmaqla Azərbaycanın malik olduğu imkanları təqdim etməklə yanaşı, hər bir məsələnin həllində beynəlxalq hüququn norma və prinsiplərinin əsas rol oynadığını, maraqların sonadək ədaləti üstələmək imkanında olmadığını nümayiş etdirdi. Azərbaycan, həmçinin tarixi Zəfəri ilə müstəqil siyasətinin uğurlarını təqdim etdi. 44 günlük İkinci Qarabağ müharibəsində ölkəmizə nə qədər təzyiqlər göstərilməsinə baxmayaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir addım da belə mövqeyindən geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırmağın mümkünlüyünü bəyan etdi. Azərbaycanın hər gün cəbhədən gələn qələbə xəbərləri, tarixə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu, Vətən, torpaq sevgisini dünyaya çatdırdı. Bir qarış torpağımızın belə düşmənə verilməyəcəyi əsas hədəfimiz, amalımız, beynəlxalq hüquqa əsaslanan mövqeyimiz idi.”

    Ə.Salahzadə tarixi Zəfərimizin yaratdığı qürur hissinin ölçüyəgəlməzliyini vurğulayıb: “Bu gün işğaldan azad edilmiş torpaqlarımızda cənnət yaradılır. Çox qısa müddətdə bu ərazilərimizdə görülən işlərin miqyasına diqqət yetirdikdə Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları ilə yanaşı, bu günün həsrətinin böyüklüyünü görürük. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir vədini zamanında yerinə yetirməklə xalqımızın sabaha böyük inamla addımlamasına stimul verir. Böyük Qayıdışın nəzərdə tutulan vaxta reallığa çevrilməsi üçün bütün işlər sistemli şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəetmə sistemi xüsisi diqqət çəkir.”

    Millət vəkili Zəfərimizin yaratdığı reallıqların gerşəkləşməsi istiqamətində dövlətimizin, bütün qurumların göstərdiyi səylərə, gördüyü işlərə diqqəti yönəldib: “Hər bir ölkənin inkişafında, hədəflərə yüksək səviyyədə nail olmasında qanunverici orqanın fəaliyyəti, zamanın və dövrün tələblərinə uyğun təkmilləşdirilməsi mühüm rol oynayır. Azərbaycanın 2020-ci il 9 fevral tarixində keçirilən parlament seçkiləri əsasında formalaşan yeni tərkibdə parlamenti fəaliyyətini mövcud siyasi kursa uyğun olaraq davam etdirir. Bu günlərdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin toplantısının keçirilməsi, Bakı Bəyannaməsinin qəbulu, həmçinin Azərbaycanla Pakistan parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması parlament diplomatiyasının yaratdığı imkanlardan səmərəli istifadənin göstəricisidir. Atılan bu kimi addımlar yeni qanunvericilik bazasının formalaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fonunda həqiqətlərimizin təbliğinə də böyük töhfələr veriləcək. Yeni reallıqların həyata keçirilməsinə parlament səviyyəsində qurulan əməkdaşlıqlar əsasında töhfələr vermək istəyi təqdirəlayiqdir.”

    Ə.Salahzadə günümüzün belə qürurverici reallıqlarının fonunda bəzi ünsürlərin yaxın zamanlarda parlamentin buraxılacağı ilə bağlı səsləndirdikləri qeyri-ciddi fikirlərə də diqqəti yönəldərək belə cəhdlərin arxasında hansı məqsədlərin dayandığını açıqlayıb. Bildirib ki, belə cəhdlər görülən işlərə, əldə olunan uğurlara kölgə salmaq imkanında deyil: “Yeni formalaşan parlament il yarımdan da az bir vaxtda uğurlu fəaliyyəti ilə diqqətdədir. Milli Məclisdə təmsil olunan partiyaların say tərkibinə diqqət yetirməklə də yaradılan demokratik mühit əsasında görülən və görüləcək işlərin aydın mənzərəsini təqdim etmək mümkündür. Azərbaycan bütün sahələrdə təkmil təcrübəsi ilə diqqətdədir. 2018-ci il prezident seçkilərindən başlanan islahatlar kursu uğurla davam edir. Dünyaya səs salan tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR