AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Prezident bir daha bildirdi ki, hər şeydən xəbərdaram və bilirəm" — Fəzail İbrahimli

  • + A
  • - A
  • 17-10-2019, 16:11

    "Prezident bir daha bildirdi ki, hər şeydən xəbərdaram və bilirəm" — Fəzail İbrahimli

    "Son dövrlərdə Azərbaycan Prezidentinin istər daxili, istərsə də xarici siyasətində səsləndirdiyi bəyanatlar, tezislər, düşüncələr, tələblər cəmiyyətdə kifayət qədər rahatlıq, əminlik yaradıb və hər bir insan tərəfindən müsbət qarşılanır".
    Bunu açıqlamasında millət vəkili Fəzail İbrahimli Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki çıxışını şərh edərkən deyib.

    Onun sözlərinə görə, ölkə başçısının xarici siyasətdə erməni tərəfinin yalanlarını, böhtan və iftiralarını arqumentlərlə ifşaedici çıxışları hamı tərəfindən təqdir olunur və dəstəklənir: “Özü də bu çıxışlar erməniləri müdafiə edən mərkəzlərə, qüvvələrə bir mesaj idi ki, yerinizi bilin, biz hər şeyi bilir və başa düşürük. Bizim də səbrimizin bir həddi var”.

    Deputat əlavə edib ki, bütün bunlar Azərbaycan Prezidentinin xarici siyasətininin daxili siyasətlə həmahəng gəlməsini və tamamlamasını göstərir:

    "Ölkə başçısının daxili siyasətdəki qüsur və nöqsanları aradan qaldırılması, kadr islahatları və sair məsələlər barədə səsləndirdiyi fikirlər bir sosial sifarişdir. Ona görə də ölkə başçısının hər bir qurumun qarşısında qoyduğu tələblər sadəcə hər hansı düşüncənin məhsulu deyil, düzgün, sərrast strateji kursun taktiki addımlarla müşayiət olunmasıdır. Hesab edirəm ki, müşavirədə səsləndirilən fikirlərdən, iradlardan hərə öz payını götürdü”.
    F.İbrahimli bildirib ki, ölkə başçısının yanında keçirilən bu toplantı kifayət qədər ciddi bir müşavirə idi. “Bu, həm də yeni Baş nazirin təyinatından sonra Baş nazirin özünə tapşırıq idi. Orada ölkə başçısı hər bir dövlət qurumunun rəhbərinin qarşısında konkret tələb qoydu. O, çıxışında bir daha ən elementar məsələlərdən də xəbərdar olduğunu, eləcə də vəziyyətdən də çıxış yolunu axıradək dərin sərbəst bildiyini ifadə etdi. Güman edirəm ki, nəticələr olacaq”, - deyə millət vəkili qeyd edib.

    Deputat onu da bildirib ki, müşavirədə hər kəs öz payını götürdü: “Düzdür ölkə başçısı orada konkret ad çəkib, iradını bildirib ifşa etmədi, ancaq orada səslənən fikirlərin ünvanları bəlli idi . Ölkə başçısı bir daha bildirdi ki, hər şeydən xəbərdaram və bilirəm. Ona görə də hər bir şəxs öz işini günün tələbləri səviyyəsində qursun. Əks tərdiqdə çox ciddi cəzalandırılacaqlar”.

    Ölkə başçısının istər həyata keçirilən islahatlarla, istərsə də buna qarşı çıxanlara qarşı sərt tədbirlərin görülməsi ilə bağlı siyasi iradənin ortada olması ilə bağlı fikrinə gəldikdə deputat bildirib ki, dövlət başçısının siyasi iradəsi ümumiyyətlə müzakirə predmeti ola bilməz: “Çünki bunu istər xarici siaysət məsələsində, istərsə də daxili siyasətdə bunu dəflərlə sübut edib. Ölkə başçısının zamanında ABŞ prezidenti Obamanının görüş təklifini rədd etməsi, istər Ərdoğanın olmadığı tədbirdə Türkiyəyə qarşı ünvanlanan fikirlərə “Türkiyə olmasa da, biz varıq” deməsi, beynəlxalq tribunlardan çoxsaylı faktları , eyni zamanda İrəvanı və bugünkü Ermənistanın Azərbaycan torpaqlarında qurulması ilə bağlı səsləndirdiyi fikirləri qeyd edə bilərik. Xarici siyasətdə elə məqamlar var ki, təkcə Azərbaycandan asılı deyil. Buna baxmayaraq, istənilən məsələ ilə bağlı Azərbaycanın qəti mövqeyini ortaya qoyur. Daxili siyasətdə isə məsələ bir az fərqlidir. Dövlət başçısı istənilən məsələnin üzərinə ciddi surətdə gedir. Əminəm ki, son müşavirədə səslənən fikirlərin də nəticəsi olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR