AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərəc Quliyev “15 min manat” məsələsindən DANIŞDI: “Mehmana etdiyim təklif qüvvəsindədir”

  • + A
  • - A
  • 3-02-2020, 09:00

    Fərəc Quliyev “15 min manat” məsələsindən DANIŞDI: “Mehmana etdiyim təklif qüvvəsindədir”


    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev seçkilərdə rəqibi olan bloqer Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirərək, söhbətin tam mahiyyətini açıqlayıb və ona bütün dediklərinin bu gün də qüvvədə qaldığını bildirib.

    Deputatın açıqlamasını təqdim edirik:

    “9 fevral növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı seçki dairəsindən namizədliyini verən rəqibim Mehman Hüseynov Partiyamızın qərargahında qəbulumda olarkən 45 dəqiqəlik söhbətimizdən 5-6 dəqiqəlik bir paylaşım materialı düzəldərək sosial şəbəkələrdə yayıb və sonda “paylaşın” çağırışı edib. Mən də çağırışa qoşulub o materialı paylaşacağam, amma bəzi qayçılanan məqamlara da toxunaraq (hansı ki dərhal montaj hiss olunur). Mehman Hüseynova mənim xeyirimə namizədliyini geri götürməsi və vəkilim olması təklifim bu gün də qüvvəsindədir. Gələcək perspektiv üçün təkliflər də. Əgər seçki qanununa görə namizədin öz namizədliyini müddət olaraq indi geri götürmək imkanı varsa və onun mənim vəkilim kimi indi təqdim imkanı varsa. Səs yazısında deyildiyi kimi mən sözümü tutan adamam! Amma Mehman Hüseynovun cavabı dediyi kimi ən qısa zamanda olmadı. Mətbuatda oldu-o da cavab olmadı. Mən oxşar təklifi keçmiş namizəd hörmətli Ramazan Bağırova da etdim. Anlaşdıq. Komandamdadı və dəstəyini verir. Bu çox normal təklifdir və istənilən namizədin öz rəqibini dəstəkçisinə çevirərək güclənməsi seçkidə mühüm şərtlərdəndir.

    Əsas məsələyə gələk. M.Hüseynovun malı-mala qatmasına. Vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (Şişdən götürülən materialı) labaratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin) ümumiyyətlə seçkidən çəkiləcəyini bildirdi. Mən ona “konsentrasiyanı pozma nəticə nə olur olsun(labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim. Bir alimə oxşar vəziyyətdə kömək etdiyimizi də bildirdim. (Oxucular yeqin ki orta məktəbdə əqrəbin çaydan keçirilməsi hekayəsindən xəbərdardı) Əslində montaj olunmuş bu səs yazısının özündə də söhbətin müalicəyə dəstəkdən getdiyi gizlədilə bilinməyib. Nə isə… Əslində bu məqamlar M.Hüseynovun hazırladığı materialda da qabarıq hiss olunur. Görünür hər cümləni də kəsmək ciddi əlaqəsizlik yaradarmış. Mən bu münasibəti ona görə yazdım ki, gənclərimiz belə olmasın, istedadlarının faydalılıq əmsalını düşünsünlər. Elə Mehman da. O da bizim balamızdı-görünür kifayət qədər hərtərəfli zədələnmiş və ciddi müalicəyə ehtiyacı olan balamız…”. (pravda.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR