AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın baş naziri və İranın vitse-prezidenti İran ərazisindən Naxçıvana gedən yolun tikintisinin gedişatını müzakirə ediblər

  • + A
  • - A
  • 18-02-2025, 20:47

    Azərbaycanın baş naziri və İranın vitse-prezidenti İran ərazisindən Naxçıvana gedən yolun tikintisinin gedişatını müzakirə ediblər

    Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehrana işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi ilə görüşüb.

    Görüşdə Azərbaycan və İran arasında əlaqələrin hazırkı vəziyyəti, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat və tranzit, neft-qaz, enerji və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

    Həmçinin bildirilir ki, tərəflər İran ərazisində “Şərqi Zəngəzur-Naxçıvan” marşrutu üzrə nəqliyyat infrastrukturunun tikintisi layihələrinin icrası, “şimal-cənub” nəqliyyat dəhlizinin inkişafı və digər layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR