AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AQTA-da qəliz tender oyunları

  • + A
  • - A
  • 18-02-2025, 16:32

    AQTA-da qəliz tender oyunları

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2024-cü ildə keçirdiyi 24 tenderin böyük hissəsinin bir şirkət tərəfindən udulması məlum olub.

    AQTİ 5 müsabiqə üzrə 17.7 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlər isə AQTİ “Avaz Group”dan yalnız laboratoriya avadanlığı və bəzi reaktivlər alıb.

    Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, “Avaz Group” MMC Sadiq Məmmədov tərəfindən yaradılıb 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Sadiq Məmmədov Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilib, 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.

    Hazırda şirkətin qanuni təmsilçisi dəyişdirilib və AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.

    (c) Tribunainfo


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR