AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sənay Qəhrəmanlının müraciəti ilə başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldü

  • + A
  • - A
  • 18-10-2021, 16:42

    Sənay Qəhrəmanlının müraciəti ilə başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldü

    Azadmedia.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilmişdir ki, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilmişdir.
    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.
    Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR