AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yüksək Texnologiyalar Parkının rezidentinin istehsal etdiyi mühərrik yağları Ukraynada sınaqdan keçirilib

  • + A
  • - A
  • 25-01-2021, 14:13



    Ukrayna mütəxəssisləri tərəfindən yüksək təzyiqə davamlı “M-16ИХП-3У” mühərrik yağının hazırlanması barədə daxil olan müraciətə əsasən, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçıları ilə birgə bu istiqamətdə təcrübələr aparmış, mühərrik yağının 10-15 resept üzrə nümunələri hazırlanmışdır.

    Parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən “M-16ИХП-3У” mühərrik yağı Ukraynada texnikalarda sınaqdan keçirilərək qənaətbəxş nəticə göstərmişdir.

    Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.

    Qeyd edək ki, istehsal olunan bütün məhsulların resepturaları, keyfiyyət göstəriciləri Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiyadan keçib, Avropa standartlarına cavab verən Zavodun Elmi-Tədqiqat və Sınaq laboratoriyasındakı müasir cihaz və avadanlıqlar vasitəsilə təyin edilib, bu məhsullara analitik nəzarət olunduqdan sonra keyfiyyət pasportları hazırlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR