Qafqaz Müsəlmanları İdarəsi adından "Seyid" vəsiqəsi paylanılır? - Foto
Redaksiyanın poçtuna aşağıdakı məzmunda bir yazı və foto göndərilib. Oxucuların marağını nəzərə alaraq onu təqdim edirik:
"Azərbaycanda seyidlik vəsiqəsi verilir. Bunu işıqlandırmaq lazımdır və bunları kimlər verir. Bu seyidlik vəsiqəsi verənlərin bunu verməsi üçün hansısa səlahiyyətləri varmı? Seyidlik vəsiqəsi Azərbaycanda hansı işə yarayacaq? Bu dinimizə görə doğru yanaşma deyildir. Çünki, ümumiyyətlə dinimizdə belə bir təxəllüs verilmir kimlərəsə. Dinimizə görə ancaq insan etdiyi yaxşı əməllərə görə Allah və insanlar yanında hörmət sahibi olur. Belə vəsiqələrin verilməsi isə ölkəmizdə narazılıqla qarşılanır. Ancaq doğrudan d amaraqlıdır ki, bu vəsiqəni verənlər hansı ölkənin xidmətində durduqlarının fərqinə varırlarmı? İranın bu bizim ölkəmizə məhz təsirlərindən biri hesab eidlməlidir və bu cür hallar media vasitəsi ilə qınanılmalıdır". (moderator.az)