Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib.
"Azadmedia.az" xəbər verir ki, bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində #PeyvəndOlundum kampaniyasına başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, istənilən şəxs peyvənd olunduqdan sonra "Facebook" profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər: https://bit.ly/3hdZjSS
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.