AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

  • + A
  • - A
  • 4-06-2021, 19:43


    Beynəlxalq konfransda təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər rəhbərliyi, millət vəkilləri, ali məktəblərin rektorları və digər qurumların rəhbərləri iştirak ediblər. Tədbirin açılış mərasimində konfransa onlayn şəkildə qoşulan iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətin hırzamankı kimi bu gün də sahibkarların yanında olduğunu, pandemiya dövründə sahibkarlara 1 milyard manatlıq dəstək göstərildiyini vurğulayıb. Tədbirdə digər çıxış edənlər konfransın əhəmiyyətindən danışaraq istər iqtisadiyyat və idarəetmə, istərsə də, Nizami Gəncəvi irsinin öyrənilməsi baxımından toplantının xüsusi önəmə malik olduğunu diqqətə çatdırıblar.
    ABŞ-ın Princeton Universitetinin professoru Michael Barryn və Corc Vaşinqton Universitetinin Təhsil və Bəşəri İnkişaf Məktəbinin dekanı Michael Feuer videoçıxışla konfransa qatılaraq bu cür tədbirlərin magistr və doktorantların elmi işlərinin ərsəyə gəlməsində vacib rol oynadığını söyləyiblər. Açılış mərasiminin sonunda təşkilat komitəsi tərəfindən konfransın təşkilində göstərdikləri xidmətlərə görə bir sıra şəxslər təşəkkürnamə ilə təltif edilib. 34 ölkədən 700-ə yaxın iştirakçının qatıldığı və 3 gün davam edəcək beynəlxalq konfransda ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə edilir.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR