AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

100-dən çox ölkədən ABŞ-a it aparmaq qadağan edildi - Azərbaycan da var

  • + A
  • - A
  • 14-07-2021, 08:30



    Quduzluğun yayılması təhlükəsi səbəbindən ABŞ-a itlərin gətirilməsinə müvəqqəti qadağa qoyulub.

    “Azadmedia.az” xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin İdarə Edilməsi və Müalicəsi Mərkəzlərinin saytında deyilir.

    Məlumata görə, qadağa 100-dən çox dövlətə şamil olunub. Bu dövlətlər arasında Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Rusiya, Özbəkistan, Ukrayna da var. Bundan əlavə, siyahıya Asiya, Afrika, Latın Amerikasının onlarla ölkəsi daxildir.

    Sənəddə qeyd olunur ki, amerikalı mütəxəssislər hesab edirlər ki, bu ölkələrdə itlərin quduzluğa yoluxma təhlükəsi yüksəkdir.

    Qadağa son altı ayda siyahıda yer alan dövlətlərdə olan itlərə də şamil edilir.

    Sənəddə qadağanın müddəti dəqiqləşdirilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR