AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apteklərdə yod yoxdur?

  • + A
  • - A
  • 30-09-2022, 10:14

    Apteklərdə yod yoxdur?

    Son günlər dəyişkən havalarla əlaqədar olaraq soyuqdəymə halları artıb. Bunun qarşısını almaq üçün istifadə olunan dərman preparatları ilə yanaşı yoda olan təlabat da artıb.

    Lakin Bakıda yaşayan bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər.

    Vətəndaşların sözlərinə görə, artıq bir aya yaxın müddətdir ki, apteklərdə yod yoxdur. Nə vaxt gətiriləcəyi ilə bağlı da heç bir məlumat verilmir.
    Bəs, bu dərman vasitəsi niyə gətirilmir?
    Bu sualla cavab almaq üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Cəmi bir neçə apteklər şəbəkəsində yod satıldığı məlum oldu
    Qeyd edək ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR