Salyan Regional Qaz İstismarı idarəsindən
Azadmedia.az-a verilən məlumata görə İSTEHLAKÇILARIN NƏZƏRİNƏ çatdırılıb ki, “Ələt-Astara-İran” sərhəddi “Yenikənd-Biləsuvar” (39-cu km-nin 400-cü və 40-cı km-nin 200-cü hissəsində) avtomobil yolunun genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə, Salyan rayonunun Kürsəngi, Yenikənd, Həsənli, Şəkərli və Qardili kəndlərini və 13 qeyri-yaşayış sahəsini (ümumilikdə 2694 abonent) təbii qazla təmin edən “Kürsəngi” ölçü qovşağından 30.01.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
TƏBİİ QAZ VERİLİŞİNİN DAYANDIRILDIĞI MÜDDƏT ƏRZİNDƏ, QAZ TƏCHİZATI AVADANLIQLARINI NƏZARƏTDƏ SAXLAMAĞINIZI VƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ RİAYƏT ETMƏYİNİZİ SİZDƏN XAHİŞ EDİRİK.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.