AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vanadzorda xarici nömrə nişanlı yük maşını 15-dən çox avtomobili əzib: xəsarət alan 5 nəfərdən ikisi azyaşlıdır

  • + A
  • - A
  • Dünən, 18:35

    Vanadzorda xarici nömrə nişanlı yük maşını 15-dən çox avtomobili əzib: xəsarət alan 5 nəfərdən ikisi azyaşlıdır


    Ermənistanın Lori vilayətinin Vanadzor şəhərində noyabrın 20-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə yerindən məlumat verən fotomüxbir Qaqik Şamşyanın bildirdiyinə görə, yerli vaxtla saat 16:30 radələrində xarici dövlət nömrə nişanlı, markası hələ müəyyənləşdirilməyən yük maşını hərəkətdə olan və park edilmiş müxtəlif markalı avtomobillərə çırpılıb.

    İdarəetmədən çıxan yük maşını daha sonra ticarət köşklərinə və ağaclara çırpılıb.

    İlkin məlumata əsasən, qəza nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan ikisi azyaşlıdır.

    Hadisə nəticəsində 15-dən çox avtomobilə ziyan dəyib. Qəzanın səbəbləri və yük maşınının sürücüsünün vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR