AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meksikada təyyarə magistral yola düşüb: 6 nəfər xəsarət alıb

  • + A
  • - A
  • Dünən, 18:33

    Meksikada təyyarə magistral yola düşüb: 6 nəfər xəsarət alıb


    Meksikanın Apodaka şəhərində yüngülmotorlu təyyarənin magistral yola düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

    Bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

    Hadisə noyabrın 18-də baş verib. Məlumata görə, Del-Norte Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə müəyyən edilmiş kursdan yayınaraq Loredo şosesinə düşüb.

    Qəza nəticəsində təyyarənin iki ekipaj üzvü və dörd sərnişini xəsarət alıb.

    Hadisə magistral yolun hər iki istiqamətində nəqliyyatın hərəkətində fasilələrə səbəb olub. Əraziyə yerli fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb edilib.

    Meksikanın Federal Mülki Aviasiya Agentliyi hadisənin səbəblərini araşdırmağa başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR