Milanda bahalaşmaya qarşı etiraz aksiyası: 20 min nəfər küçələrə çıxıb

İtaliyanın Milan şəhərində yaşayış xərclərinin artmasına və hökumətin sosial-iqtisadi siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiyada ümumilikdə 20 minə yaxın insanın iştirak etdiyi bildirilir.
“Corriere della Sera” qəzetinin məlumatına görə, təxminən 15 min tələbə Duomo meydanı istiqamətində yürüş edib. Onlara İtaliya Ümumi Əmək Konfederasiyasının (CGIL) 5 minə yaxın nümayəndəsi də qoşulub.
Etirazçılar yaşayış xərclərinin artmasına, məktəb və universitetlərə ayrılan maliyyənin azaldılmasına, eləcə də səhiyyə sahəsinin maliyyələşdirilməsindəki ixtisarlara etiraz edirlər. Onlar hökumətin sosial-iqtisadi siyasətinə yenidən baxılmasını tələb edirlər.
Aksiya ilə əlaqədar şəhərdə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Qeyd edək ki, həmin gün İtaliyanın müxtəlif şəhərlərində ümummilli tətil keçirilməsi də gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.