AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU ilə Ankara Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb

  • + A
  • - A
  • 17-09-2021, 19:00


    Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Ankara Universiteti arasında Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilənin onlayn imzalanma mərasimi keçirilib.

    Tədbirdə Ankara Universitetinin rektoru, prof.dr. Necdet Ünüvar, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki ali məktəbin prorektorları, dekanları, müvafiq strukturların rəhbərləri iştirak edib.

    Rektorlar Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənmiş ikili diplom proqramı haqqında müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bundan sonra görüləcək işlər haqqında fikirlərini bildiriblər. Çıxış zamanı rektorlar imzalanan ikili diplom proqramı haqqında müqavilənin bir illik gərgin əməyin nəticəsində əldə olunduğunu xüsusi vurğulayıblar.

    Türkiyədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov tədbirdə qonaq qismində iştirak edib. Akademik Əhliman Əmiraslanov imzalanan müqavilənin qardaş ölkələrin universitetləri üçün cox əhəmiyyətli olduğunu bildirib. O, hər iki universitetin rektoruna və kollektivinə uğurlar arzulayıb.

    Müqaviləyə əsasən, 2022/2023-cü tədris ilindən hər iki ali məktəbin bakalavriat səviyyəsinə Kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararalana biləcək.

    Tələbələr I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alacaq. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və Ankara Universitetinin diplomları təqdim olunacaq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR