AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Braziliyada həkim nişanlısına dəhşətli işgəncə verib: Saçlarını qırxdırıb, yandırıb və yedirdib

  • + A
  • - A
  • Bu gün, 20:32

    Braziliyada həkim nişanlısına dəhşətli işgəncə verib: Saçlarını qırxdırıb, yandırıb və yedirdib

    Braziliyada 40 yaşlı həkim nişanlısına qarşı zorakılıq, işgəncə və qanunsuz azadlıqdan məhrumetmə şübhəsi ilə saxlanılıb. “Metropoles” nəşrinin məlumatına görə, Diogu Andre Ribeyru Qomeş törətdiyi iddia edilən cinayətdən sonra hadisə yerindən təxminən 250 kilometr uzaqlıqda yerləşən hoteldə gizlənib.

    Hadisə ilə bağlı polisə noyabrın 24-də zərərçəkmiş qadının rəfiqəsi məlumat verib. Göstərilən ünvana gələn polis əməkdaşları yerli bələdiyyə administrasiyasında çalışan qadını azad ediblər. Onun nişanlısı isə polisin gəlişindən az əvvəl hadisə yerindən qaçmağa nail olub.

    Dindirmə zamanı qadın bildirib ki, nişanlısı onu yumruqları və çəkiclə döyüb, dişləyib. Bundan başqa, kişi onu öz saçlarını qırxmağa, sonra həmin saçları yandırmağa və hətta yeməyə məcbur edib.

    Hadisənin Espiritu-Santu ştatının Bayşu-Quandu şəhərində baş verdiyi ehtimal olunur.

    Şübhəlinin axtarışları bir gündən bir qədər artıq davam edib. Noyabrın 25-də axşam saatlarında həkim qonşu Minas-Jerays ştatının Naki şəhərindəki hotellərdən birində aşkarlanaraq saxlanılıb.

    Onun yerinin müəyyənləşdirilməsi və saxlanılması iki ştatın polis orqanları arasında məlumat mübadiləsi sayəsində mümkün olub.

    Mənbə: Metropoles.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR