AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanını vəzifəsindən azad edib

  • + A
  • - A
  • Bu gün, 22:38

    Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanını vəzifəsindən azad edib


    Ukrayna Prezidenti Volodimir Zelenski Dmitri Gereqanı Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı vəzifəsindən azad edib. Onun yerinə Dmitri Tkaçenko təyin olunub. Bununla bağlı fərmanlar prezidentin ofisinin rəsmi saytında dərc edilib.

    1143/2026 nömrəli fərmanla Gereqa tutduğu vəzifədən azad edilib, 1144/2026 nömrəli fərmanla isə Tkaçenko Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı təyin olunub. Hər iki sənəd 26 noyabr 2026-cı il tarixlidir. Kadr dəyişikliyinin səbəbləri fərmanlarda açıqlanmayıb.

    Dmitri Gereqa 2021-ci ilin avqust ayından Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinə rəhbərlik edirdi. 2024-cü ilin martında da o, bu vəzifədən azad edilərək yerinə Aleksandr Yakovets təyin olunmuşdu. Lakin üç ay sonra Zelenski Gereqanı yenidən əvvəlki vəzifəsinə qaytarmışdı.

    2025-ci ilin noyabrında Gereqa minalardan təmizləmə üzrə İmkanlar Koalisiyasının görüşündə Ukrayna hərbi nümayəndə heyətinə də rəhbərlik etmişdi. Həmin görüşdə Qərb müttəfiqləri Ukraynaya 2026-cı il üçün dəstək planını razılaşdırmışdılar.

    Dmitri Tkaçenkoya ötən ilin dekabrın 6-da briqada generalı hərbi rütbəsi verilib. Həmin vaxt o, Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Komandanlığının birləşmiş qərargah rəisinin müavini vəzifəsində çalışırdı.

    Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri Komandanlığı 2020-ci ildə yaradılıb. Onun tərkibinə mühəndis qoşunları, radioelektron mübarizə bölmələri, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri, həmçinin hərbi-topoqrafiya, hidrometeorologiya və kinoloji xidmətlər daxildir.

    Bu strukturların hər biri Ukrayna ordusunun cəbhədə döyüş qabiliyyətinin təmin edilməsində mühüm rol oynayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR