AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir – Bakıya yox, başqa şəhərə səfər edəcək

  • + A
  • - A
  • Bu gün, 20:36

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir – Bakıya yox, başqa şəhərə səfər edəcək

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gələn ayın əvvəlində Azərbaycana səfər edəcək. İlkin məlumatlara görə, o, Bakıya deyil, qonşu ölkənin başqa bir şəhərinə gedəcək.

    “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə noyabrın 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Sülh körpüsü” təşəbbüsünün 5-ci görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, dekabrda Azərbaycana nəzərdə tutulan səfər zamanı ikitərəfli münasibətlərə dair məsələlər müzakirə olunacaq. Qriqoryan qeyd edib ki, görüşün gündəliyi əvvəlki təmasların mövzularından ciddi şəkildə fərqlənməyəcək.

    “Bunlar daim müzakirə etdiyimiz məsələlərdir. Gündəliyimiz ciddi şəkildə dəyişməyəcək. Həmkarımız Ermənistana gəlmişdi, indi növbə bizindir. Mən səfər edəcəyəm və növbəti görüşün keçirilməsi barədə də razılığa gələcəyik. Belə görüşlərdə çoxsaylı məsələləri müzakirə edirik, gündəlikdə isə əsasən eyni mövzular olur”, – deyə o bildirib.

    İqtisadi əməkdaşlığın perspektivlərindən danışan Ermənistan rəsmisi iki ölkənin kənd təsərrüfatı sahəsində oxşar imkanlara malik olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycanın neft və qaz ehtiyatlarının ölkəyə müəyyən üstünlüklər qazandırdığını qeyd edib.

    Qriqoryanın fikrincə, Cənubi Qafqazın iki ölkəsi arasında iqtisadi əməkdaşlığın inkişafı Ermənistanı beynəlxalq təşkilatlar üçün də daha cəlbedici edə bilər.

    O, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin nəqliyyat əlaqələri olduğunu xüsusi vurğulayıb:

    “Ermənistan və Azərbaycan arasında əməkdaşlığın əsas sütunlarından biri yoldur”.

    Qeyd edək ki, qarşılıqlı səfərlər və “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR